Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti avqustun 24-də İslama Respublikasına qarşı iqtisadi təzyiq çərçivəsində tarixinin ən ağır və əhatəli sanksiyalar paketini rəsmən elan edir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Skott Bessent keçirəcəyi mətbuat konfransı öncəsi bəyanat yayıb.
ABŞ Maliyyə naziri Vaşinqtonun neft ixracı, maliyyə mexanizmləri və ticarət məhdudiyyətlərindən istifadə edərək Tehrana qarşı təzyiqləri maksimum dərəcədə artıracağını bildirib. Bessent bu mərhələni "İqtisadi D-Günü" adlandıraraq əsas məqsədin İranı qlobal iqtisadiyyatdan tam təcrid etmək olduğunu vurğulayıb. Tramp administrasiyası həmçinin digər tərəfdaş ölkələri Tehranla iqtisadi əməkdaşlıq etmək və ya ABŞ-ın maliyyə sisteminə çıxışı saxlanılmaq arasında dəqiq seçim etməyə çağırıb.
Buna cavab olaraq İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezai bəyan edib ki, Vaşinqtonun bu "iqtisadi müharibəsinə" qoşulan və dəstək verən istənilən ölkə Tehran tərəfindən "düşmən" hesab olunacaq və həmin tərəflərin regional maraqları birbaşa cavab tədbirlərinin hədəfinə çevriləcək.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ