Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya münaqişəyə sistemli şəkildə benzin tökərək və sülh prosesinə maneələr yaradaraq Ukrayna tərəfində hərbi əməliyyatlarda birbaşa iştirak edir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kreml nümayəndəsi Londonun "SCALP" raketlərinin istehsal texnologiyalarını Kiyevə ötürmək planlarını kəskin mənfi qiymətləndirdiklərini bəyan edib. Peskov vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri Ukraynada raketlərin və digər hərbi texnikanın istehsal olunduğu məkanları dəqiq kəşfiyyat vasitəsilə müəyyənləşdirir və həmin obyektlərin məhv edilməsi üçün müvafiq tədbirlər görür.
Ukraynanın "Ozon" anbarları kimi kommersiya və logistika infrastrukturlarına endirdiyi zərbələri şərh edən Peskov qeyd edib ki, bu cür cəhdlər cəbhədəki ümumi dinamikaya heç bir təsir göstərmir. "Pandora qutusunu açan Kiyev rejimi Rusiya ordusunun cavab zərbələrini hər gecə öz üzərində hiss edir və bundan sonra da hiss etməyə davam edəcək", – deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ