İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-də sarsıntı: Korrupsiya qalmaqalı Kallasla fon der Lyayeni üz-üzə qoydu  

Avropa İttifaqında yaxınlaşan korrupsiya qalmaqalı, Kaya Kallas və Ursula fon der Lyayen arasındakı onsuz da gərgin olan münasibətlərini daha da zədələyə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.

Saytın iddiasına görə, yaranmış vəziyyət Avropa Komissiyasının rəhbəri ilə Aİ diplomatiyasının başçısı arasındakı mövcud narazılığı daha da kəskinləşdirəcək. Reputasiyası artıq əvvəlki fəaliyyətinə dair suallara görə zərər görmüş fon der Lyayen, mandatının ilk illərinə gedib çıxan qalmaqallarla arasına məsafə qoymağa çalışarkən çətin vəziyyətə düşəcək.

Məlumatlı mənbələr bildirirlər ki, Avropa Komissiyasının rəhbərinin rəqibləri bu qalmaqalı siyasi təzyiq alətinə çevirmək niyyətindədirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR