İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilən klip təqdim olundu: Alim Qasımov və Üzeyir Mehdizadədən yeni duet - VİDEO

Xalq artisti Alim Qasımovla müğənni Üzeyir Mehdizadə duet oxuyub.

Musavat.com xəbər verir ki, bu barədə müğənni Üzeyir Mehdizadə öz rəsmi sosial şəbəkə hesabında paylaşım edərək layihəni izləyicilərinə təqdim edib.

“Nəyindən narahatsan” adlı yeni mahnı və onun üçün çəkilmiş təsirli klip sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Klipdə Alim Qasımov və Üzeyir Mehdizadənin birlikdə körpə beşiyi başında dayandıqları, həmçinin atanın övladına qayğı göstərdiyi emosional səhnələr yer alır.

Xalq artistinin özünəməxsus ifası ilə Üzeyir Mehdizadənin səmimi vokalı mahnıya xüsusi ahəng qataraq dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR