İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər Günəşi belə görməmişdilər – səthində qəribə hərəkətlər var - Video

ABŞ alimləri Günəş səthinin indiyədək əldə edilmiş ən detallı görüntülərini çəkiblər. Görüntülərdə ilk dəfə lələyə bənzəyən hərəkətli strukturlar müşahidə olunub.

Musavat.com xəbər verir ki, görüntülər əvvəlcə Havay adalarındakı rəsədxanada yerləşən İnoue Günəş Teleskopunun sazlanması məqsədilə çəkilib. Lakin görüntüləri araşdıran astronomlar Günəş səthini görünməmiş detallılıqla qeydə aldıqlarını müəyyən ediblər.

Tədqiqatçılar bildiriblər ki, müşahidə edilən qeyri-adi strukturlar Günəş səthindəki qeyri-sabit dalğaların izləridir. Onlar müxtəlif sürətlə hərəkət edən maqnit-plazma axınlarının təsiri nəticəsində yaranır.

Alimlər bu prosesi küləyin təsiri ilə suyun səthində əmələ gələn dalğalarla müqayisə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR