Onlayn ictimai-siyasi qəzet
Almaniyada xüsusi xidmət orqanlarına ölkəyə qarşı mümkün hücumların qarşısını almaq üçün Rusiya ərazisində preventiv kiberhücumlar həyata keçirmək səlahiyyətinin verilməsi təklif olunur.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb.
Bundestaqın xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət edən Parlament Nəzarət Komitəsinin rəhbəri Mark Henrixmann bildirib ki, Almaniya təhlükəsizlik strukturlarına daha geniş imkanlar verilməlidir.
“Biz həqiqətən də xidmətlərimizə elə imkanlar verməliyik ki, ideal halda Rusiyada hücum üçün nəzərdə tutulan dronu və ya onun istehsal edildiyi zavodu həmin vasitə Almaniya hava limanına, yaxud Almaniyada insanların həyatı və sağlamlığına qarşı yönəldilməzdən əvvəl iflic edib sıradan çıxara bilsinlər”, – Henrixmann deyib.
Söhbət Almaniyaya qarşı mümkün hücumun qarşısını əvvəlcədən almaq məqsədilə xüsusi xidmət orqanlarına Rusiya ərazisində yerləşən sistemlərə qarşı aktiv kiberəməliyyatlar aparmaq imkanının verilməsindən gedir.
Lakin bu təklif artıq tənqidlərlə qarşılaşıb. Hüquq müdafiəçiləri kəşfiyyat və xüsusi xidmət orqanlarının səlahiyyətlərinin genişləndirilməsinin Almaniya vətəndaşlarının şəxsi məlumatlarının məxfiliyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ