Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" Avrokuboklarla vidalaşdı: "Tvente"yə yenilərək mübarizəni dayandırdı (Ümumi 2:4)
Musavat.com xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni başa vurub.
Niderlandın "Tvente" klubu ilə gərgin keçən iki oyunun nəticəsinə əsasən, Ağdam təmsilçisi rəqibinə ümumi 2:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Bununla da "Qarabağ" cari mövsümdə Avropa kuboklarındakı çıxışını pley-off mərhələsində tamamlamış olub.
"Tvente" darmadağını rəsmiləşdirir: Hesselink 4-cü qolu vurdu — 1:4
Musavat.com xəbər verir ki, "Qarabağ" – "Tvente" (Niderland) qarşılaşmasının əlavə olunan vaxtında qonaqlar daha bir qola imza atıblar.
Matçın 115-ci dəqiqəsində Niderland klubunun hücumçusu L. Venneqor of Hesselink (L. Vennegoor of Hesselink) dəqiq zərbə ilə hesabı 1:4 edib.
***
"Tvente"dən matçın sonunda öldürücü zərbə: Veqhorst fərqi artırdı — 1:3
Musavat.com xəbər verir ki, Bakıda keçirilən "Qarabağ" – "Tvente" qarşılaşmasının əlavə olunmuş dəqiqələrində niderlandlılar daha bir qol vuraraq fərqi artırıblar.
Matçın 94-cü dəqiqəsində "Tvente"nin təcrübəli hücumçusu Vout Veqhorst (Wout Weghorst) dəqiq zərbə ilə hesabı 1:3 edib.
***
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.
Qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.
Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.
***
"Tvente" hesabı bərabərləşdirdi
Musavat.com xəbər verir ki, Avropa kubokları çərçivəsində keçirilən "Qarabağ" – "Tvente" (Niderland) qarşılaşmasında hesaba tarazlıq gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın 79-cu dəqiqəsində Niderland təmsilçisinin futbolçusu Pyatsa (Pjaca) dəqiq zərbə ilə hesabı 1:1 edib.
Qarşılaşmada son 10 dəqiqə oynanılır.
***
Bakıda hesab açıldı: Kadi Borjes "Qarabağ"ı önə keçirdi — 1:0
Musavat.com xəbər verir ki, Avropa kubokları çərçivəsində keçirilən "Qarabağ" – "Tvente" (Niderland) qarşılaşmasında hesab açılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın 59-cu dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borjes (Kady Borges) dəqiq zərbə ilə rəqib qapısına yol taparaq komandasını öndə keçirib — 1:0.
Qarşılaşmada ikinci hissə davam edir.
***
Bakıda qolsuz ilk hissə: "Qarabağ" – "Tvente" matçında hesab açılmadı
Musavat.com xəbər verir ki, Avropa kubokları çərçivəsində keçirilən "Qarabağ" – "Tvente" (Niderland) qarşılaşmasında ilk hissə başa çatıb.
Gərgin mübarizə şəraitində keçən birinci 45 dəqiqədə qapılara qol vurulmayıb və tərəflər fasiləyə bərabərliklə yollanıblar — 0:0. Niderland təmsilçisi ilk yarıda topa sahib olmada və hücum cəhdlərində üstünlük nümayiş etdirib.
İlk hissənin statistikası:
Topa sahib olma: 40% – 60%
Ümumi zərbələr: 2 – 7
Qapıya dəqiq zərbələr: 0 – 2
Künc zərbələri: 0 – 2
Qayda pozuntuları: 5 – 9
Sarı vərəqələr: 1 – 1
***20:00
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda başlayan qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.
Oyunu canlı olaraq təqdim edirik:
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ