Onlayn ictimai-siyasi qəzet
Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Misirə səfər edib və Qəzza zolağı ilə "Rəfah" sərhəd keçid məntəqəsini ziyarət edib.
Musavat.com xəbər verir ki, aktrisa burada Qəzzaya humanitar yardım çatdırılması üçün infrastruktur yoxlamalarını həyata keçirib.
"Əl-Əhram" qəzetinin məlumatına görə, Ancelina Misir Qızıl Aypara Cəmiyyətinin yardım daşınmalarını təşkil edən logistika anbarlarına baş çəkib, zolaqdakı sakinlərlə həmrəylik nümayiş etdirib.
Aktrisanı səfər zamanı Şimali Sinay qubernatoru Xalid Muğavar və Milli Vətəndaş Təşəbbüsləri Alyansından Nadia Makram Ebeid müşayiət edib. Onun həmçinin Qəzzadan gətirilmiş xəstələrin müalicə olunduğu Əl-Əriş xəstəxanasına baş çəkəcəyi bildirilib.
Qeyd edək ki, Hollivud ulduzu noyabr ayında Ukraynanın Xerson şəhərinə də səfər etmişdi.
@@TVmusavat/136677@@
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ