İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən HƏYƏCAN SİQNALI: "Qışda bizə hər ay 120 "Patriot" raketi lazımdır"

Ukrayna Prezidenti Volodimir Zelenski "Deutsche Welle" (DW) nəşrinə verdiyi müsahibədə ölkəsinin qış mövsümündə qarşılaşacağı ciddi hava təhlükəsizliyi risklərindən danışıb.

Musavat.com xəbər verir ki, Ukrayna lideri soyuq aylarda ölkənin hərbi infrastrukturu və energetika sistemini qorumaq üçün hər ay 100-120 ədəd "Patriot" raket-tutucu komplekslərinə ehtiyac olduqlarını bildirib.

Zelenski qeyd edib ki, mövcud kəşfiyyat məlumatlarına görə, Rusiya hazırda ayda təxminən 140 ballistik raket istehsal edir. NATO standartlarına və hərbi qaydalara əsasən, bu miqdarda hədəfi tam zərərsizləşdirmək üçün təxminən iki dəfə çox — yəni ayda 280 raket-tutmama raketi tələb olunur. Lakin Ukrayna Prezidenti bu rəqəmin mövcud şəraitdə reallıqdan uzaq olduğunu etiraf edib: "Hətta ayda 100 raket əldə etmək çox böyük bir çağırışdır. Mənim istədiyim və ölkəmizə bu çətin, soyuq dövrdə hava hücumundan müdafiə üçün lazım olan miqdar ayda 100-120 raketdir".

Prezident Zelenski əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynaya raket satmağa və HHM sistemləri ilə kömək etməyə hazırdır, lakin əsas problem müttəfiqlərin hərbi sənayesindəki istehsal həcmində və mövcud anbar ehtiyatlarındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR