İnsanlara hürriyət, millətlərə istiqlal!

Apreldə ABŞ-İran razılaşmasının baş tutmamasına o qərar veribmiş...

Aprel ayında Pakistanda keçirilən danışıqlar zamanı İranla razılaşmadan imtina etmək qərarını ABŞ dövlət katibi Marko Rubio verib.

Musavat.com xəbər verir ki, məlumatı NBC News mənbələrə istinadən yayıb.
Mənbələrə görə, vitse-prezident J.D.Vensin də iştirak etdiyi danışıqlar zamanı amerikalı danışıqçılar İran tərəfinin potensial razılaşmanın şərtlərini dəyişdirməyə çalışdığına inanıblar. Görüşlər arasındakı fasilə zamanı onlar Rubioya zəng edərək növbəti addımları barədə rəhbərlik istəyiblər. Dövlət katibi İranın təklifini qəbul edə bilməyəcəklərini və heç bir razılaşma olmayacağını bildirib.

Şəbəkə qeyd edir ki, Rubio "İran danışıqlarının siması deyil" və "bu populyar olmayan müharibə davam edərkən" diqqətdən kənarda qalmağa çalışır. Buna baxmayaraq, NBC News əlavə edib ki, Dövlət katibi pərdəarxası danışıqlar prosesində mühüm iştirakçı olaraq qalır və ABŞ administrasiyasının strategiyasının formalaşmasına kömək edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR