Onlayn ictimai-siyasi qəzet
Üç Çin astronavtı Yerə dönmək üçün nəzərdə tutulmuş kapsulada yaranan problemlərə görə kosmosda “ilişib” qalıb.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, onların “Şençjou-20” gəmisi Yerətrafı orbitdə toplanmış kosmik tullantılarla qarşılaşıb və zədələnib. Ekipaj apreldən bəri “Tiangong” stansiyasında fəaliyyət göstərir.
Astronavtlar hələlik stansiyada qalmalı, zədələrin miqyasını qiymətləndirməlidirlər. Altı ayı kosmosda keçirən heyət hazırda Yer orbitində qərarsız vəziyyətdədir, çünki toqquşma kosmik gəminin gövdəsində nəzərəçarpacaq iz buraxıb. Bu isə komandanı “Şençjou-20”nin daxili konstruksiyasında da zədələrin ola biləcəyi və evə dönüş uçuşunu təhlükə altına sala biləcəyi ehtimalından narahat edir.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ