Onlayn ictimai-siyasi qəzet
Fransada immiqrasiyanın məhdudlaşdırılması ilə bağlı yeni təşəbbüs irəli sürülüb.
Musavat.com xəbər verir ki, Fransanın ədliyyə naziri Jerald Darmanen uzunmüddətli vizaların və ilk yaşayış icazələrinin verilməsinin iki-üç il müddətinə dayandırılmasını dəstəklədiyini açıqlayıb.
Məlumata görə, məhdudiyyətlərin əmək miqrantları, xarici tələbələr və ailələrin birləşdirilməsi proqramlarına da şamil olunması nəzərdə tutulur.
Nazir bildirib ki, bu addım ölkədə miqrasiya axınının azaldılması və sistem üzərində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ