İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb

Ötən mövsüm İngiltərədə "Liverpul" klubunun Premyer Liqa çempionluğunu bayram etdiyi vaxtda avtomobilini azarkeşlərin üzərinə sürərək yüzlərlə insana xəsarət yetirən Paul Doyle adlı şəxs 21 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, 54 yaşlı cinayətkar avtomobili ilə qəfil piyada kütləsinə daxil olaraq ən azı 134 nəfərə, o cümlədən uşaqlara xəsarət yetirib.

Həmin vaxt zərərçəkənlərə xəstəxanada yardım göstərilib. Polis hadisənin terror aktı olmadığını, bu davranışın sürücünün qəzəbindən qaynaqlandığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR