Onlayn ictimai-siyasi qəzet
Kanadanın Toronto şəhərində keçirilən “Anatolia Fest” festivalında Azərbaycan da təmsil olunur.
Musavat.com xəbər verir ki, sentyabrın 20-də Sankofa Square meydanında təşkil olunan tədbir Türkiyənin və türk dünyasının mədəniyyətini Kanada ictimaiyyətinə tanıdır.
Festivala qatılan Azərbaycan Evinin təmsilçiləri milli geyimlərdə rəqslərimizi nümayiş etdiriblər. Səhnə çıxışları meydanda toplaşan çoxsaylı tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.
“Anatolia Fest” təxminən 10 illik fasilədən sonra yenidən təşkil olunur. İlk iki festival 2016 və 2017-ci illərdə keçirilib.
Pulsuz və ailəvi formatda təşkil edilən tədbirin proqramına canlı musiqi, milli rəqslər, ənənəvi sənət nümunələri, türk kitab sərgisi, müxtəlif məşğələlər və milli mətbəx təqdimatları daxildir.
Azərbaycanın festivalda iştirakı ölkəmizin zəngin mədəni irsinin Kanadanın çoxmillətli cəmiyyətinə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ