İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 10-a yaxın şagird məktəbdə ZƏHƏRLƏNDİ

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR