Onlayn ictimai-siyasi qəzet
“Qaradağ-Lökbatan” Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.
Musavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur.
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ