Onlayn ictimai-siyasi qəzet
Ağdərədə qayınata gəlinini döyüb.
Hadisə Vəngli kəndində qeydə alınıb.
56 yaşlı Şahverdi İmanov (şərti adla) Vəngli kəndinə köçən oğlunun evinə qonaq gəlib. Burada olarkən oğlu ilə gəlini arasında sözlü mübahisə yaranıb. Şahverdi İmanov da onların mübahisəsinə müdaxilə edərək, gəlininə sillə vurub.
Zərərçəkənin şikayəti əsasında İmanov saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
Ş. İmanov ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, gəlini ilə barışmağa çalışsa da, bu, mümkün olmayıb.
28 yaşlı zərərçəkən qadın da həmçinin qayınatası ilə barışmadığını və şikayətini geri götürməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə Ş. İmanov 400 manat məbləğində inzibati qaydada cərimələnib./lent.az/
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ