İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.

Musavat.com xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.

İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.

Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR