İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağırsaqda lif azalanda mikroblar bizi “yeməyə” başlayır - Alimlərdən xəbərdarlıq

Bağırsaqda lif çatışmazlığı mikrobların qoruyucu selik qatındakı zülallardan istifadə etməsinə səbəb ola bilər.

Bu barədə ScienceDaily məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, qidada lifin miqdarı azaldıqda bağırsaq mikrobiomunun davranışı dəyişə bilər. Faydalı bakteriyalar enerji mənbəyi kimi bağırsağı qoruyan selik qatındakı komponentlərdən istifadə etməyə başlaya bilər.

Alimlərin fikrincə, uzun müddət liflə zəngin qidaların az qəbul edilməsi bağırsağın qoruyucu baryerinə mənfi təsir göstərə bilər. Bu səbəbdən tərəvəz, meyvə, paxlalılar və digər lifli qidaların rasionda olması vacib hesab edilir./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR