Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin iştirakçısı İbad Hüseynovun oğlu İlyas Hüseynov da tələbə adını qazanıb.
Musavat.com xəbər verir ki, İbad Hüseynov bu barədə sosial media hesabında paylaşım edib.
O, oğlunun Bakı Dövlət Universitetinə qəbul olduğunu bildirib.
İbad Hüseynov paylaşımında oğlunu təbrik edərək yazıb:
“Canım oğlum İlyas, Bakı Dövlət Universitetinin Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olduğun üçün çox sevindim. Səni təbrik edirəm. İnşallah, gələcəkdə daha uca yerlərdə olacaqsan”.
Qeyd edək ki, İbad Hüseynov Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şahanə Rəhimli
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ