İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Svetlana Ocaqverdi qızı İbadova isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR