Onlayn ictimai-siyasi qəzet
Çin 10 günlük vizasız tranzit keçidi tətbiq etdiyi ölkələrin sayını 57-yə çatdırıb. Yeni siyahıya Vyetnam və Qırğızıstan da əlavə edilib.
Musavat.com xəbər verir ki, Çin xarici vətəndaşlar üçün tətbiq etdiyi vizasız tranzit keçid proqramını genişləndirib. Daha əvvəl 55 ölkənin yararlandığı proqram çərçivəsində Vyetnam və Qırğızıstan vətəndaşlarına da 10 günədək vizasız tranzit keçid imkanı yaradılıb.
Yeni qərarla birlikdə Çinin 10 günlük vizasız tranzit imkanından yararlana bilən ölkələrin sayı 57-yə yüksəlib.
Müəyyən şərtlər çərçivəsində bu ölkələrin vətəndaşları Çindən üçüncü ölkəyə gedərkən viza almadan ölkə ərazisindən tranzit keçə bilirlər.
Proqrama Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Okeaniyadan çox sayda ölkə daxildir.
Siyahıda Almaniya, Argentina, Avstraliya, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Kanada, Çexiya, Danimarka, İndoneziya, Fransa, Cənubi Koreya, Xorvatiya, Niderland, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Yaponiya, Qətər, Monteneqro, Macarıstan, Meksika, Monako, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Ukrayna, Yeni Zelandiya, Yunanıstan və ABŞ kimi ölkələr yer alır.
Türkiyə isə 57 ölkəlik siyahıya daxil edilməyib.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ