İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya şirkətlərinin Azərbaycandakı planları: Səfir əsas istiqamətləri açıqladı

"Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək".

Musavat.com bildirir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman deyib.

Səfir qeyd edib ki, BP bazara daxil olandan bəri 30 ildir ki, enerji Azərbaycanla olan münasibətlərin əsasını təşkil edir:

"Biz bu mirasla fəxr edirik. Birləşmiş Krallığın təmiz enerji sektoruna investisiya qoyması və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik.

Enerjidən başqa, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir. Biz Azərbaycanı regionda nəqliyyat, infrastruktur, maliyyə, data və məlumatlar üzrə təbii bir mərkəz kimi görürük".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR