İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan TƏCİLİ XƏBƏRDARLIQ: "Ən ölümcül silahları işə salacağıq!"

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni bir müharibə başlanacağı təqdirdə İranın daha dağıdıcı döyüş başlıqları və silahlardan istifadə edəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni iqtisadi sanksiyalar barədə bəyanatı fonunda İslam İnqilabı Keşikçiləri Korpusu kəskin xəbərdarlıqla çıxış edib.

Tehrandan bildirilib ki, müharibə bərpa olunacağı təqdirdə İran qüvvələri daha ölümcül silahlar tətbiq edəcək.

Bu barədə regional gərginliyin davam etdiyi bir vaxtda SEPAH nümayəndəsi Hüseyn Mohebi kəskin bəyanatla çıxış edib.

"Yeni bir müharibə başlayarsa, biz daha dağıdıcı silahlardan istifadə edəcəyik", - deyə o, "Defa Press"ə müsahibəsində bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusundan həmçinin vurğulanıb ki, İran raketlərində istifadə olunan döyüş başlıqları dağıdıcı gücünə görə əvvəlki müharibələrdə tətbiq edilənləri əhəmiyyətli dərəcədə üstələyir.

"İran raketlərində istifadə olunan döyüş başlıqları əvvəlki müharibələrdə tətbiq edilənlərdən çox daha dağıdıcıdır. Başqa bir müharibə başlayarsa, İranın silahları hər cəhətdən tamamilə fərqli olacaq", - deyə SEPAH nümayəndəsi bildirib.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın çərşənbə axşamına keçən gecə İrana qarşı təhdidləri artırmasından sonra səslənib. O, "Truth Social" sosial şəbəkəsində Tehrana qarşı yeni iqtisadi tədbirlərin hazırlandığını elan edərək, onları "hansısa bir dövlətə qarşı indiyədək həyata keçirilmiş əsaslı və ən sarsıdıcı iqtisadi əməliyyat" adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR