İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çimərlikdə oğurluq edildi

Paytaxtın Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində mobil telefon, zinət əşyası, nağd pul və digər şəxsi ləvazimatların olduğu çantasının naməlum şəraitdə talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən C.Şirinli və A.Şahverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların zərərçəkənin dənizdə çimərkən çantasını sahildə qoymasından sui-istifadə edərək oğurluğu törətdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR