Onlayn ictimai-siyasi qəzet
Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində baş verən yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib.
Musavat.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb. Yanğın qısa müddət ərzində söndürülüb.
20 Sentyabr 2026
19 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ