İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər-Riyad alovlar içində: Hava limanı yaxınlığında dəhşətli YANĞIN - VİDEO

Səudiyyə Ərəbistanının paytaxtının şimal-şərqində, Kral Xalid adına Beynəlxalq Hava Limanının yaxınlığındakı yanacaq anbarında husilərin hücumundan sonra güclü yanğın baş verib.

Musavat.com xəbər verir ki, səhərə yaxın şəhərdə hava həyəcanı siqnalı verilsə də, sonradan Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti xəbərdarlığın ləğv olunduğunu bildirib.

Rəsmi Ər-Riyad hücumu həyata keçirən tərəfin adını hələlik açıqlamayıb.

Bununla belə, husilər paytaxtdakı və ölkənin şərq hissəsindəki mühüm obyektlərə, o cümlədən "Aramco" şirkətinə hücum etdikləri barədə bəyanat yayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR