İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli qəza - Görüntülər yayıldı - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində gecə saatlarında qeydə alınıb.

Hadisə ilə bağlı videogörüntü yayılıb. Görüntülərdən qəza nəticəsində avtomobillərdən birinin ciddi şəkildə zədələnərək yararsız hala düşdüyü görünür. Həmçinin yol təsərrüfatına da ciddi ziyan dəydiyi müşahidə olunur.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ölən və ya xəsarət alanların olub-olmaması barədə də məlumat yoxdur.

Hadisənin təfərrüatı, eləcə də qəzanın səbəbləri ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR