Onlayn ictimai-siyasi qəzet
Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.
Musavat.com Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən "İzmir" restoranındandır.
İnşaatçılar prospektindəki 33-a ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaşayış kompleksinin sakinləri yay mövsümü başalayandan gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.
Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.
29 Avqust 2026
08:51 ABŞ-da Sorosun təşkilatlarının maliyyə fəaliyyəti yoxlanacaq – Nazirlik xüsusi plan hazırlayıb
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ