Onlayn ictimai-siyasi qəzet
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:
"Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək".
Xatırladaq ki, yeni yerüstü stansiya metronun "yaşıl" xəttinin "Dərnəgül" deposunda yerləşir.
Qeyd edək ki, hazırda Bakıda "Bakmil" və "Xocəsən" yerüstü metro stansiyaları fəaliyyət göstərir.
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ