İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda universitetdə baş verən yanğının SƏBƏBİ AÇIQLANDI - SON DƏQİQƏ

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində baş verən yanğının səbəbi açıqlanıb.

Universitetin Mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev Musavat.com-a bildirib ki, yanğın saat 14:00 radələrində tədris binasının yaxınlığında başlayıb.

Onun sözlərinə görə, binada müasir liftlərin quraşdırılması zamanı şaxtalarda istifadə olunan taxta konstruksiyalar həyətə çıxarılıb:

“Planlaşdırılırdı ki, həmin materiallar axşam saatlarında ərazidən uzaqlaşdırılsın. Lakin gözlənilmədən taxtalar alovlanıb. Yanğın qısa müddətdə nəzarətə götürülərək qarşısı alınıb”.

Nicat Abdullayev qeyd edib ki, tüstünün tez yayılması səbəbindən əməkdaşlar və tələbələr operativ şəkildə binadan təxliyə olunub:

“Xoşbəxtlikdən xəsarət alan yoxdur. Ehtiyat tədbiri kimi əraziyə tibbi briqadalar da cəlb olunub. Yanğın tam söndürülüb”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR