İnsanlara hürriyət, millətlərə istiqlal!

Balaca maral nəhəng kərgədana meydan oxudu — Sosial şəbəkədə rekord qıran VİDEO

Vrotslav zooparkında qeydə alınan qeyri-adi görüntülər qısa müddətdə internetdə viral olub.

Musavat.com xəbər verir ki, kadrlarda Asiyaya məxsus xırda maral növü — muntjak maralının özündən dəfələrlə böyük kərgədana qarşı cəsarətlə irəlilədiyi anlar əksini tapıb.

Hadisə Vrotslav Zooparkı ərazisində baş verib. Zoopark əməkdaşlarının sözlərinə görə, maralın bu davranışı təbii instinktlərlə bağlıdır. Hazırda onun cütündə qızışma dövrü başlayıb və erkək maral gücünü, üstünlüyünü nümayiş etdirməyə çalışır.

Ölçülər arasındakı ciddi fərqə baxmayaraq, muntjak maralının özünəinamla kərgədana tərəf addımlaması sosial şəbəkə istifadəçilərində həm təəccüb, həm də təbəssüm yaradıb. Məhz bu kontrastlı və maraqlı mənzərə video­nun sürətlə yayılmasına səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR