Onlayn ictimai-siyasi qəzet
Barselona metrosunda "Klot" və "Glories" stansiyaları arasında dəhşətli yanğın hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 140-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Qatarın maşinisti 50 metr məsafədən alovu görərək qatarı təcili tormozlayıb və dərhal xilas etmə xidmətlərinə məlumat verib.
Təlimata əsasən sərnişinlərin yanğınsöndürənləri gözləməsi tövsiyə olunsa da, vaqonları bürüyən qatı tüstü səbəbindən boğulma təhlükəsi yaranıb. Nəticədə panikaya düşən insanlar qapıları açaraq qaranlıq tunellə qaçmağa başlayıblar. Hadisə anında metroda 300-dən çox sərnişin olub.
Metro operatoru şirkətinin direktoru Xavier Flores bildirib ki, ilkin ehtimallara görə, yanğına tunelin üzlük qatının uçması səbəb olub.
Fövqəladə hal zonasına çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.
@@TVmusavat/151806@@
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ