İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir istefa verdi - Bu ölkədə

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Muntyanu qeyd edib ki, vəzifəyə böyük məsuliyyət və ölkədəki vəziyyətin yaxşılaşacağına qəti əminliklə gəlsə də, prinsip və əqidələrinə uyğun olaraq mandatını artıq icra edə bilməyəcəyini anladığı üçün getmək qərarına gəlib. O, harada yaşamasından və hansı vəzifədə olmasından asılı olmayaraq, ölkəsinə xidmət etməyə davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Aleksandru Muntyanu 2025-ci il noyabrın 1-dən Moldova Baş naziri vəzifəsində çalışıb. Onun namizədliyi barədə fərman isə Prezident Maya Sandu tərəfindən 2025-ci il oktyabrın 24-də imzalanıb./nocomment.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR