Onlayn ictimai-siyasi qəzet
"Wall Street Journal" qəzetinin verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri Donald Tramp administrasiyası ilə keçirilən qapalı danışıqlarda İrana qarşı daha sərt hərbi tədbirlərin görülməsini tələb ediblər.
Musavat.com xəbər verir ki, bəzi BƏƏ rəsmiləri hesab edirlər ki, ABŞ-ın təzyiqləri artırması - o cümlədən Hörmüz boğazına nəzarətin ələ keçirilməsi və quru əməliyyatları variantının nəzərdən keçirilməsi Tehranı güzəştə getməyə məcbur edə bilər.
Hesabatda regionda fərqli mövqelərin olduğu vurğulanır. Səudiyyə Ərəbistanı, Qətər və digər vasitəçilər gərginliyin azaldılmasına və diplomatiyaya üstünlük verdiyi halda, BƏƏ daha sərt mövqe nümayiş etdirir.
Hələlik nə BƏƏ rəsmiləri, nə də ABŞ hökuməti bu hesabatın təfərrüatları ilə bağlı geniş rəsmi açıqlama verməyib.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ