İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəlkə, məni tez yola salmaq istəyirlər?”- “Qarabağ”ın müdafiəçisi

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov mövsümün sonunda karyerasını bitirməsi ilə bağlı danışıb.

34 yaşlı futbolçu ötən gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Karvan-Yevlax”a 3:0 qalib gəldikləri matçdan sonra bu barədə fikirlərini açıqlayıb.

Təcrübəli oyunçu hələ də meydana çıxmaq istədiyini bildirib: “Bilmirəm, bu xəbər necə çıxıb. Bəlkə məni tez yola salmaq istəyirlər? (gülür) Bu, doğru xəbər deyil. Necə ortaya çıxdığını da bilmirəm. Mövsümün sonunda hoca (Qurban Qurbanov nəzərdə tutulur -red.) ilə danışacağıq. Lakin mən özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm. Əgər komandaya faydam dəyəcəksə, niyə də karyeramı davam etdirməyim? Özümü başqa komandada təsəvvür edə bilmirəm. Ümid edirəm ki, hoca komandaya xidmətimə ehtiyac duymadığını deməz (gülür)”./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR