Onlayn ictimai-siyasi qəzet
Bərdədə yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidə kol-kos və ağaclar yanıb.
Məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən 2 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
@@/TVmusavat/139069@@
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ