Onlayn ictimai-siyasi qəzet
Kəlbəcər rayonunda məskunlaşan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Kəlbəcər üzrə Xüsusi Nümayəndəliyindən verilən məlumatda deyilir.
Məlumata görə, səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, otorinolarinqoloq, nevropatoloq, stomatoloq, nefroloq, endokrinoloq, USM mütəxəssisi və laborant tərəfindən zəruri tibbi xidmətlər göstərilib.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ