İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin qorxunc Rusiya ssenarisinə hazırlaşır – NATO qoşunlarına yol açılır

Almaniya hökuməti mümkün Rusiya təhlükəsi fonunda NATO qoşunlarının ölkə daxilində maneəsiz hərəkətini təmin etmək üçün yeni hüquqi mexanizmlər hazırlayır.

Musavat.com xəbər verir ki, The Telegraph nəşrinin yaydığı məlumata görə, Berlində Rusiyaya yaxın mövqedə olduğu iddia edilən regional hakimiyyətlərin NATO qüvvələrinin daşınmasını bürokratik prosedurlarla ləngidə biləcəyindən narahatlıq var.

Məlumata əsasən, xüsusilə Almaniyanın şərqində Almaniya üçün Alternativ (AfD) partiyasının mövqelərinin güclənməsi fonunda belə risklərin yarana biləcəyi ehtimal edilir.

Buna görə də Almaniya hökuməti milli təhlükəsizliyə təhdid yarandığı hallarda federal hakimiyyətə regional administrasiyaların qərarlarını qanuni yolla kənardan keçməyə imkan verəcək mexanizmləri nəzərdən keçirir. Məqsəd mümkün Rusiya hücumu ssenarisində NATO qüvvələrinin operativ şəkildə yerləşdirilməsini təmin etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR