İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində ABŞ-Ukrayna danışıqları başa çatıb – QƏRAR

Berlində ABŞ nümayəndələri ilə Ukrayna prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi heyət arasında görüş başa çatıb.

Musavat.com xəbər verir ki, məlumatı Zelenskinin müşaviri Dmitri Litvin açıqlayıb. Onun sözlərinə görə, danışıqların sabah davam etdirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, Berlində əvvəlcə kansler Fridrix Merzin iştirakı ilə başlayan, daha sonra ABŞ-Ukrayna tərəflərinin davam etdirdiyi danışıqlar 5 saata yaxın çəkib.

Görüşdə ABŞ tərəfini Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Ukrayna tərəfdən təhlükəsizlik katibi Rustem Umerov da danışıqlara qatılıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR