Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ABŞ və İsrailin İrana endirdiyi zərbələri qınayıb və tərəfləri təcili şəkildə gərginliyi azaltmağa çağırıb.
Musavat.com-un məlumatına görrə, BMT rəhbəri bildirib ki, tərəflər, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə danışıqlar masasına geri qayıtmalıdır.
Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi eskalasiya beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Quterreş vurğulayıb ki, bölgədə vəziyyətin nəzarətdən çıxması daha genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər və bu, qlobal təhlükəsizlik arxitekturasına ağır zərbə vura bilər.
BMT baş katibi bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və diplomatik həll yollarına üstünlük verməyə çağırıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ