İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də qalmaqal: ABŞ nümayəndələri Fransanın çıxışını boykot etdilər

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin diplomatları Fransanın çıxışı zamanı Təhlükəsizlik Şurasının iclasını tərk ediblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, ABŞ diplomatları bu addımı Fransa diplomatlarının Vaşinqtonla bağlı ötən həftəki açıqlamasına etiraz olaraq atıblar.

Agentliyin məlumatına görə, Fransanın iclasdakı çıxışı zamanı Təhlükəsizlik Şurasının masasında ABŞ nümayəndələrinin yerləri boş qalıb, çıxış bitəndən sonra Amerika diplomatları iclasa qayıdıblar.

"Qeyd etmək istərdim ki, burada haqlı qəzəb görüntüsü yaradan və digərlərinə bu gün müzakirə etdiyimiz Ukrayna münaqişəsi, yaxud insan hüquqları kimi sülh və təhlükəsizliklə əlaqəsi olmayan mövzular barədə mühazirə oxumağa çalışan bir Şura üzvü var. Buna görə də Fransanın çıxışı zamanı zaldan çıxdıq", - deyə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsinin müavini Dan Neqrea daha sonra çıxışında izah edib.

Demarşın səbəbi Cenevrədəki BMT-dəki Fransa Daimi Nümayəndəliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün mandatının uzadılması ilə bağlı dərc olunmuş bir mövqeyi olub. Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında keçirilən səsvermədə ABŞ Rusiya ilə birlikdə Türkün vəzifəsində daha dörd il qalmasına qarşı səs verib, Fransa isə Ali Komissarın mandatının uzadılmasını dəstəkləyib. Səsvermədən sonra fransız diplomatları bildiriblər ki, "ABŞ bir vaxtlar insan hüquqları üzrə mayak olub, amma artıq belə deyil".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR