Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampla görüşündə İrandakı müharibəyə son qoymağa çağırmaq niyyətindədir.
Musavat.com "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Baş nazir bu barədə məlumatı BMT Baş Assambleyasında iştirak etmək və Trampla ilk üzbəüz danışıqlarını aparmaq üçün Nyu-Yorka gedərkən Britaniya jurnalistlərinə açıqlayıb:
"Əlbəttə ki, biz münaqişəyə ən qısa zamanda son qoymaq istəyirik və öz töhfəmizi verməyə hazırıq".
Britaniya hökumət mənbələri qəzetə bildiriblər ki, Börnhem ABŞ prezidenti ilə münasibətləri "üçüncü yol"la idarə etmək, öz şəxsi gücünə güvənmək və Kanada Baş naziri Mark Karnidən daha az qarşıdurma mövqeyi tutmaq, eyni zamanda sələfi Keyr Starmerin erkən yanaşmasını xarakterizə edən "ictimai rəğbətdən" qaçmaq niyyətindədir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ