Onlayn ictimai-siyasi qəzet
Bloger Afət Quluzadə bir müddət əvvəl etdirdiyi botoks prosedurundan sonra ciddi sağlamlıq problemləri yaşadığını açıqlayıb.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı videoda botoksdan sonra danışmaqda, çeynəməkdə və hərəkət etməkdə çətinlik çəkdiyini bildirib.
Quluzadənin sözlərinə görə, əvvəlcə ona yanlış diaqnoz qoyulub:
"Botoks etdirirsiniz, bir həftə sonra göz bağlanır, qollar işləmir, əllər tərpənmir, çeynəyə bilmirsiniz, nəfəs darlığı yaranır. Yanlış diaqnoz qoyurlar. Belə hallarda toksikologiyaya müraciət edin. Bu, zəhərlənmədir. Əgər gecikmisinizsə, nevropatoloqa müraciət etməlisiniz. Mən də danışa bilmirdim. Mənə iflic, insult diaqnozu qoyuldu. Nə qədər sistemlər edildi. Həm maddi, həm də mənəvi əziyyət çəkdim. Müalicələrlə tədricən düzəlirəm".
Bloger yaşadığı çətinlikləri bölüşərək, botoks prosedurundan sonra oxşar əlamətlərlə qarşılaşan şəxslərə vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görüb.
Könül
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ