Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti sənədsiz miqrantların ölkədə daimi qalması üçün gözləmə müddətini dörd dəfə artıraraq 20 ilə çatdırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud BBC-yə açıqlama verib.
Nazir bildirib ki, bu yeni islahat qaçqınlara verilən sığınacağın tez bir zamanda daimi yaşayışa səbəb ola biləcəyinə dair mövcud fərziyyəni dəyişdirəcək:
“Biz sistemi hər iki ildən bir qiymətləndirmə aparılan daha uzunmüddətli, müvəqqəti əsaslı formata keçirməyi planlaşdırırıq”.
Şabana Mahmud əlavə edib ki, əgər qaçqının mənşə ölkəsi bu müddət ərzində geri dönmək üçün təhlükəsiz hesab olunarsa, həmin şəxslər deportasiya ediləcək. O, bu dəyişikliyi “müasir tarixdə ən əhəmiyyətli immiqrasiya islahatı” adlandırıb.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ