Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya yeni sanksiya siyahısını açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, siyahıya 8 fiziki şəxs və 3 təşkilat daxil edilib.
Onların arasında Putinin təşəbbüsü ilə yaradılan “Birincilərin hərəkatı”, “Qələbə könüllüləri” təşkilatı, həmçinin Axmat Kadırov Fondu və həmin fonda rəhbərlik edən Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da var.
Bundan başqa, sanksiya siyahısına Tatarıstanın baş nazirinin müavini Leyla Fazleyeva, Tatarıstanın gənclər naziri Rinat Sadıkov, Çeçenistan xüsusi təyinatlı qüvvələrinin polk komandiri Zamid Çalayev, Federal yeniyetmələr mərkəzinin rəhbəri Valeri Mayorov, Təhsil Nazirliyinin departamentlərindən birinin direktor müavini Anastasya Akkuratova, Xerson humanitar qərargahının rəhbəri Natalya Tişenko və fəaliyyəti dəqiq göstərilməyən Aleksandr Qurov daxil edilib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ