İnsanlara hürriyət, millətlərə istiqlal!

BU BÜRCLƏR üçün dönüş nöqtəsi başladı: 4 gün davam edəcək – ŞAD XƏBƏR 

Tanınmış astroloq Dinçer Güner 12 bürc üçün xəbərdarlıq edib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Güner bildirib ki, Merkuri ilə Saturn arasında üçbucaq aspekti yaranıb və təsiri 4 gün davam edəcək.

DİNCER.jpg (125 KB)

Astroloq bu enerjinin bütün bürclərə necə təsir edəcəyini izah edib:

“Merkuri–Saturn üçbucağı diqqəti gücləndirir və planlaşdırmanı asanlaşdırır.

Bu dövr dərs oxumaq, mürəkkəb hesabat hazırlamaq, uzun müddət təxirə saldığın kitabı oxuyub bitirmək üçün ilin ən yaxşı vaxtlarından biridir.

Xırda detallar gözündən qaçmayacaq - ən kiçik nöqsanı belə görüb düzəldə biləcəksən.

Sevgilinlə münasibətinizə ad qoymaq və ya ailənə vacib qərarını açıqlamaq istəyirsənsə, bunun üçün doğru zamandır.

Müqavilələr, rəsmi sənədləşmə işləri üçün uyğun dövr başlayıb.

Saturnun gətirdiyi davamlılıq sayəsində bu gün atacağın imza uzun illər həyatında qalıcı təsir göstərə bilər.

Həyatına yük olan əşyaları və hətta insanları kənarlaşdırmaq 4 gün ərzində xeyli asanlaşacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR