Onlayn ictimai-siyasi qəzet
Bu gün saat 09:00-dan etibarən Balakən Qazpaylayıcı Stansiyasının (QPS) Balakən ölçü qovşağından (Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali və 257 qeyri-əhali abonenti) qaz təchizatı dayandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Balakən qaz paylayıcı stansiyanın daxilind xəttin üzərindəki qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, QPS-in daxilində və Balakən rayonu ərazisində olan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ