Onlayn ictimai-siyasi qəzet

Beşqat dünya çempionu Braziliya son illərin ən güclü Norveç millisi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vinisius Juniorun liderlik etdiyi "sambaçılar" əvvəlki mərhələdə Yaponiya səddini keçərək favorit statusunu qoruyublar. Braziliya topa nəzarət edən, texniki və sürətli futbolu ilə seçilsə də, bu dəfə onların qarşısında Erlinq Haaland kimi ölümcül hücumçu dayanacaq. Bir sözlə o, Braziliyanın kabusuna çevrilə bilər.

Norveç isə turnirin ən böyük sürprizlərindən biridir. Haalandın qol duyumu, Martin Edeqorun yaradıcılığı və komandanın intizamlı müdafiəsi skandinavları təhlükəli rəqibə çevirib. Maraqlıdır ki, Norveç dünya çempionatlarında Braziliyaya qarşı keçirdiyi əvvəlki oyunlarda məğlub olmayıb və bu statistika onlara əlavə psixoloji üstünlük verir. Bu oyunda Vinisius Junior-Erlinq Haaland dueli futbol dünyasının diqqət mərkəzində olacaq. Hər iki ulduzun bir epizodu belə matçın taleyini həll edə bilər.

Ev sahibi Meksika öz azarkeşləri önündə meydana çıxacaq. Əfsanəvi "Azteka" stadionunda on minlərlə azarkeşin yaradacağı atmosfer İngiltərə üçün ciddi sınaq olacaq. Meksika bu turnirdə hələ qol buraxmayıb və müdafiədə etibarlı oyunu ilə seçilir.
İngiltərə isə Harri Keynin liderliyi ilə növbəti mərhələyə yüksəlib. Baş məşqçi Tomas Tuxel futbolçularını həm yüksək dağlıq şəraitə, həm də Meksikanın güclü azarkeş təzyiqinə hazırlamağa çalışır. İngilislər kağız üzərində favorit sayılsalar da, onları heç də asan 90 dəqiqə gözləmir. Bu görüşlərdə qalibləri böyük mükafat gözləyir.

Braziliya – İngiltərə
Braziliya – Meksika
Norveç – İngiltərə
Norveç – Meksika

Hər dörd variant dünya futbolu üçün böyük maraq doğurur və yarımfinala gedən yolun nə qədər çətin olacağını göstərir.
Cavanşir Abbaslı
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ