Onlayn ictimai-siyasi qəzet
“Show TV”də yayımlanan “Kızılcık şerbeti” serialının 141-ci bölümünə “Çimen” və “Asil” obrazlarının öpüşmə səhnəsi damğasını vurub.
Musavat.com bildirir ki, Erkan Avcı və Asena Keskinci tərəfindən canlandırılan obrazların yaxınlaşması, eləcə də aktyorlar arasındakı yaş fərqi tamaşaçıların reaksiyasına səbəb olub.
Sözügedən səhnədən sonra izləyicilər sosial şəbəkələrdə öz narazılıqlarını bildiriblər. Paylaşımlarda və şərhlərdə bu fikirlər səsləndirilib:
“Bu qədəri də bəsdir!”
“Əvvəlki “Çimen” belə davranmazdı. Söhbət təkcə aktyor dəyişikliyindən getmir, obraz da tamamilə dəyişib”.
“Yox artıq! Apo ilə də etsinlər, tam olsun”.
“Aralarında 20 yaş fərq var. Bu, sözün əsl mənasında zarafat kimidir. Gör bizi nə hala saldılar”.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ